İyulun 22-də İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb.
Xezerxeber.az AFFA-ya istinadən xəbər verir ki, Çempionlar Liqasında mübarizə aparan "Qarabağ” ikinci təsnifat mərhələsini adlayacağı halda, APOEL (Kipr)–"Sutjeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.
Bu mərhələnin ilk oyunları avqustun 6-7-də, cavab görüşləri isə avqustun 13-də keçiriləcək.