İyulun 22-də "EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları start götürüb.
Xezerxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən yarışlarda 46 ölkədən 641 idmançı iştirak edir. Azərbaycan bu yarışlarda 18 idmançı ilə təmsil olunur.
Festivalın atletika yarışlarının birinci günündə yarışlar iki sessiyada keçirilir. Səhər sessiyasında atletlər 100 və 800 metr məsafəyə qaçış, uzunluğa tullanma və nüvəitələmə növlərində mübarizə aparırlar. Axşam sessiyasında 110 metr məsafəyə maniələrlə qaçış, 400 metr məsafəyə qaçış, 10 kilometr məsafəyə idman gəzişi, uzunluğa və hündürlüyə tullanma idman növləri üzrə yarışlar təşkil olunacaq.
"EYOF 2019”un atletika yarışlarına iyulun 27-də yekun vurulacaq. Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıb.