İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıqlı qazanıb.
Xezerxeber.az xəbər verir ki, 45 kiloqram çəki dərəcəsində yarışın finalında türkiyəli Umut Çobana böyük hesabla qalib gələn gənc pəhləvanımız XV Avropa Gənclər Yay Olimpiya Festivalının çempionu olub.
Xatırladaq ki, güləşçimiz səkkizdəbir finalda İtaliya idmançısı Andrea Martinonu, dörddəbir finalda gürcü Davit Qvasalianı, yarımfinalda rusiyalı Maksim Qurovu məğlub edib.