Xəzər Xəbər

Avropa Olimpiya Komitəsinin prezidenti: Bakı festivalın təşkilinə tam hazırdır

İdman | 17:54 • 20 İyul 2019
Avropa Olimpiya Komitəsinin prezidenti: Bakı festivalın təşkilinə tam hazırdır

XV Avropa Gənclər Yay Olimpiya Festivalına görə yenidən Bakıya gələcəyimiz üçün çox şadam.


Xezerxeber.az xəbər verir ki, bu sözləri Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Yanes Kosyançiç deyib.


AOK-un prezidenti bildirib ki, Bakı festivalın təşkilinə tam hazırdır. Şəhər yalnız irimiqyaslı tədbirlərin keçirilməsi üçün lazım olan infrastruktura malik deyil. Bakı özündə digər əsas komponentləri – yüksək təşkilatçılıq, həvəs və səmimiliyi birləşdirir. İnanıram ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı böyük müvəffəqiyyətlə təşkil olunacaq.


Qeyd edək ki, 12 idman qurğusunda keçiriləcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet birincilik uğrunda mübarizə aparacaq. Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. "Bakı 2019”da atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Xəbər lenti

Çox oxunanlar