Moskvada təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının seçmə oyunları çərçivəsində bu gün keçirilməli olan Azərbaycan–Ukrayna qarşılaşması baş tutmayıb.
Xezerxeber.az AFFA-ya istinadən xəbər verir ki, buna səbəb Ukrayna millisinin Rusiyadakı turnirdə iştirakdan imtina etməsi olub.
Millimiz iyulun 21-də İspaniya, bir gün sonra isə Latviya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, qazanılacaq nəticələrdən asılı olmayaraq, hər 3 komanda növbəti mərhələdə də iştirak edəcək.