Nigeriya millisinin hücumçusu Odion İqhalo Misirdə keçirilən Afrika Millətlər Kuboku turnirinin ən məhsuldar futbolçusu olub.
AZƏRTAC xəbər verir ki, 30 yaşlı forvard turnirdə 7 oyunda 5 qol vurub. Bununla da o, komandasının bürünc medallara layiq görülməsində mühüm rol oynayıb.
Xatırladaq ki, iyulun 17-də turnirdə üçüncü yer uğrunda qarşılaşmada Nigeriya millisi Tunis yığmasını minimal hesabla məğlub edib. Oyunda yeganə qolu 3-cü dəqiqədə Odion İqhalo vurub. Bununla da Nigeriya millisi tarixində səkkizinci dəfə Afrika Millətlər Kubokunun bürünc medallarına sahib olub.