İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Yay Gənclər Olimpiya Festivalında Azərbaycan millisinin bayraqdarı müəyyənləşib.
Açılış mərasimində iştirakçı ölkələrin paradı zamanı ölkəmizin üçrəngli bayrağını Hüseyn Məmmədov daşıyacaq.
"Judo Club 2012”nin üzvü yarışda Azərbaycanın cüdo yığmasının heyətində +90 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Yarış zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.