Meksikanın "Dorados de Sinalos” klubunun futbolçusu Mirşa Fransisko Errera Qastelum dünyasını dəyişib.
Xezerxeber.az-ın məlumatına görə, 20 yaşlı sol cinah müdafiəçisi restoranda tanımadığı şəxslər tərəfindən öldürülüb.
Futbolçuya hücum edən 4 nəfər ona bıçaq xəsarətləri yetirib. M. Qastelum təcili xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyiblər.
Meksika polisi faktla bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, M. Qastelum son 5 ildə "Dorados” oynayırdı.