Xəzər Xəbər

Azərbaycan yığmasının iki futbolçusu Rusiya klubuna keçib

İdman | 11:46 • 17 İyul 2019
Azərbaycan yığmasının iki futbolçusu Rusiya klubuna keçib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının iki üzvü Rusiyanın "Torpedo” klubuna transfer olunub.


Vüsalə Hacıyeva və Jalə Məhsimova İjevsk təmsilçisinin şərəfini qoruyacaq.


Son klubu "Qubek” olan V.Hacıyeva əvvəllər də "Torpedo”da çıxış edib. Müdafiəçi yenidən legioner həyatı yaşamağa üstünlük verib.


J.Məhsimova isə Udmurtiya təmsilçisində debüt edəcək. Yarımmüdafiəçi bunadək "Uğur”da forma geyinirdi.


Qeyd edək ki, Rusiya çempionatının yüksək liqasında mübarizə aparan "Torpedo” 11 turdan sonra 8 komanda arasında 7-ci pillədə qərarlaşıb. (APA)

Xəbər lenti