Xəzər Xəbər

Azərbaycan atleti Serbiyada keçirilən Balkan çempionatında gümüş medal qazanıb

İdman | 13:21 • 15 İyul 2019
Azərbaycan atleti Serbiyada keçirilən Balkan çempionatında gümüş medal qazanıb

Serbiyanın Kralyevo şəhərində keçirilən atletika üzrə yeniyetmələr arasında Balkan çempionatına yekun vurulub.


Azərbaycan Atletika Federasiyasından bildiriblər ki, idmançılarımızdan Sabrina Zralova üç təkanla tullanma yarışında 12,59 metr nəticə ilə gümüş medal qazanıb.


Digər idmançılarımız Çingiz İsrafilov, Lamiyə Vəliyeva, Fəxriyyə Tağızadə və Teymur Salahzadənin çıxışları uğursuz olub.


Atletlərimiz məşqçi Nazim İsrafilovun rəhbərliyi ilə qüvvələrini sınayıblar.

Xəbər lenti