Məşhur serbiyalı məşqçi Sinişa Mixayloviç qan xərçəngi ilə mübarizə aparır.
TASS xəbər verir ki, bu barədə mütəxəssis özü xüsusi mətbuat konfransında açıqlama verib.
"Bəzi müayinələrdən keçdim və məndə qan xərçəngi aşkarlandı. Bu xəbəri eşidəndən sonra günlərlə ağladım. Amma qorxmadım. Ağır xəstəliklə sonuna qədər mübarizə aparacam. Əminəm ki, ailəmin, dostlarımın və futbolun xatirinə ona qalib gələcəm”, - deyə S.Mixayloviç bildirib.
O, həmçinin müalicə aldığı müddətdə "Boloniya”dakı işindən ayrılmayacağını deyib.
Qeyd edək ki, karyerası ərzində "Srvena Zvezda”, "Roma”, "Sampdoriya”, "Latsio” və "İnter” kimi klubların şərəfini qorumuş keçmiş müdafiəçi məşqçi kimi "Milan”, "Fiorentina”, "Kataniya”, "Torino” kimi komandalarda işləyib.