Bakının "Zirə” klubu yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Paytaxt təmsilçisi Miloş Bakraçla anlaşıb.
27 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. Monteneqrolu futbolçu bundan öncə "Syon”(İsveçrə), "Budnçost” (Monteneqro), "Travnik” (Bosniya və Hersoqovina), "Sutyeska” (Monteneqro), "Jelezniçar” (Bosniya və Hersoqovina) və OFK Titoqrad (Monteneqro) klublarında çıxış edib.