Xəzər Xəbər

"Partizani"nin baş məşqçisi: Rəqimizin kim olduğunu unutmamalıyıq

İdman | 09:11 • 11 İyul 2019
"Partizani"nin baş məşqçisi: Rəqimizin kim olduğunu unutmamalıyıq

Oyundan məmnunam. "Partizani" yaxşı çıxış etdi və matçda təhlükəli epizodlar yarada bildik.


Xezerxeber.az xəbər verir ki, bu fikirləri Albaniyanın "Partizani" klununun baş məşqçisi Franko Lerda klubun "Qarabağ" ilə oyunu barədə danışarkən deyib.


İtaliyalı mütəxəssis bildirib ki, klubunun qalib gəlmək imkanı vardı. Lakin yaranan fürsətlərdən istifadə edə bilmədilər.


İyulun 17-də Bakıda keçiriləcək cavab görüşündə müsbət nəticəyə ümid etdiklərini söyləyən baş məşqçi "Rəqimizin kim olduğunu unutmamalıyıq", - deyə vurğulayıb.


Qeyd edək ki, "Partizani"-"Qarabağ" matçının cavab görüşü "Dalğa Arena"da keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar