FIFA referisi Rəhim Həsənov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin oyununa təyinat alıb.
AFFA-dan xezerxeber.az-a bildiriblər ki, o, birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də keçiriləcək "Spartak Trnava” (Slovakiya) – "Radnik Bijeljina” (Bosniya və Herseqovina) qarşılaşmasını idarə edəcək.
R.Həsənovun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq.
Matçda dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.