Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinov istefa ərizəsi ilə federasiya rəhbərliyinə müraciət edib.
APA-nın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Boks Federasiyasının rəsmi saytı yayıb.
Bildirilir ki, çalışdırıcı bunu səhhəti ilə əlaqələndirib: "Vaqif Şirinovun istefası ilə bağlı müraciətinə Azərbaycan Boks Federasiyasının rəhbərliyi baxaraq, qərar verəcək”.
Qeyd edək ki, V. Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunmuşdu. O, bunadək 2 il ərzində gənclərdən ibarət millimizi çalışdırıb.