Xəzər Xəbər

Beynəlxalq Cüdo Federasiyası növbəti dünya reytinqini açıqlayıb

İdman | 15:28 • 9 İyul 2019
Beynəlxalq Cüdo Federasiyası növbəti dünya reytinqini açıqlayıb

Beynəlxalq Cüdo Federasiyası (İJF) növbəti dünya reytinqini açıqlayıb.


Xezerxeber.az xəbər verir ki, Azərbaycan cüdoçularının bəzilərinin reytinqi aşağı düşüb. Olimpiya Oyunlarının mükafatçısı Rüstəm Orucov (73 kq) dünya reytinq cədvəlində liderliyini qoruyub. İdmançımız ən yaxın izləyicisi Soıçı Haşımotonu 107 xal qabaqlayır.


Həmin çəki dərəcəsində daha bir idmançımız Hidayət Heydərov da liderlər qrupunda mövqeyini dəyişməyib. İkinci Avropa Oyunlarında bürünc medal qazanan idmançımız altıncı pillədədir.


Komandamızın ağır çəkili cüdoçusu Uşangi Kokauri (+100 kq) bir pillə geriləyib. O, hazırda 14-cü pillədədir. Dünya reytinqində dördüncü olan İrina Kindzerska (+78 kq) da bir pillə geriləyərək beşinci mövqedə qərarlaşıb. "Minsk 2019”un bürünc mükafatçıları Məmmədəli Mehdiyev (90 kq) dördüncü, Elmar Qasımov (100 kq) onuncu yeri tuturlar.


Yüngül çəkilərə gəldikdə, Nicat Şıxəlizadə (66 kq) 25-ci, Orxan Səfərov (60 kq) 37-ci sırada qərarlaşıblar.

Xəbər lenti

Çox oxunanlar