FİFA prezidenti Canni İnfantino xoşagəlməz hadisə ilə üzləşib.
APA-nın məlumatına görə, bu, qadınlar arasında dünya çempionatının final oyununda yaşanıb.
ABŞ və Hollandiya millilərinin matçından (2:0) sonra meydana çıxan qurum rəhbəri azarkeşlər tərəfindən fitə basılıb. Fanatlar "eyni maaş” şüarları səsləndirməklə, kişi və qadın futbolçuların maaşları arasındakı duruma etiraz ediblər.
Qeyd edək ki, ABŞ yığması 2015-ci ildə qazandığı titulu qoruyaraq, tarixində 4-cü dəfə çempion olub.