"Beşiktaş" futbolçusu Kayl Larini icarəyə verib.
XəzərXəbər klubun saytınaistinadən xəbər verir ki, kanadalı hücumçu Belçikanın "Zulte Vareqem" komandasındaçıxış edəcək. Larinlə 1 illik müqavilə imzalanıb. Vareqem təmsilçisi 2,5 milyon avro ödəməklə 24 yaşlı forvardın transfer hüququna yiyələnə bilər.
Qeyd edək ki, 2018-ci ildən İstanbul klubunda çıxış edən Larin ötən mövsüm 22 oyuna 4 qol vurub, 2 assist edib.