Xəzər Xəbər

"Barsa"da 16 il oynamış ulduz geri dönmək istəyir

İdman | 17:30 • 6 Aprel 2019
"Barsa"da 16 il oynamış ulduz geri dönmək istəyir

Yaponiyanın "Vissel Kobe” klubunun yarımmüdafiəçisi Andres İnyesta "Barselona”ya dönmək arzusunu dilə gətirib.

"Club del Deportista” xəbər verir ki, 34 yaşlı orta xətt oyunçusu belə deyib:

"Hər şey məndən asılı olsaydı, geri dönərdim. Amma bizi gələcəkdə nə gözlədiyini bilmirik. Özümə uyğun işi görmək üçün qayıtmaq istəyərdim. İllərlə yığdığım təcrübəni paylaşmaqdan məmnun olardım”.

İnyesta "Barsa”nın yetirməsidi. O, klubun əsas komandasında 16 il keçirib. Bu müddətdə 674 matça çıxan futbolçu 57 qol vurub. Kataloniya təmsilçisi ilə 32 mükafat qazanan ulduz yarımmüdafiəçi ötən ilin yayında azad agent qismində "Vissel Kobe” ilə anlaşıb.

Fanat.Az

Xəbər lenti