Xəzər Xəbər

"Barselona"dan 16 yaşlı futbolçuya fantastik qiymət...

İdman | 13:02 • 6 Aprel 2019
"Barselona"dan 16 yaşlı futbolçuya fantastik qiymət...

PSJ-nin 2017-ci ildə "Barselona"ya 222 milyon avro ödəyərək Neymarı heyətinə qatmasından sonra fantastik həddə yüksələn sərbəst qalma qiymətlərinə daha biri əlavə olunub.


Kataloniya klubu futbol akademiyası olan La Masiada yetişdirdiyi 16 yaşlı Moriba Korumanın müqaviləsini 2022-ci ilədək uzadıb. "Barselona" Qvineya əsilli yarımmüdafiəçinin müqaviləsinə 100 milyon avro sərbəst qalma maddəsi əlavə edib.


Qeyd edək ki, "Barselona" bundan əvvəl 30 yaşlı müdafiəçisi Jordi Albanın müqaviləsini 5 il uzadaraq sərbəst qalma maddəsini 120 milyon avrodan 500 milyon avroya qaldırmışdı.


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar