Xəzər Xəbər

Silverstoun Formula 1 mərhələsini 2019-cu ildən sonra da keçirəcək

İdman | 17:44 • 5 Aprel 2019
Silverstoun Formula 1 mərhələsini 2019-cu ildən sonra da keçirəcək

Böyük Britaniya Qran-Prisi 2019-cu ildən sonra da Silverstroun avtodromunda keçiriləcək.

AZƏRTAC "Auto Motor und Sport”a istinadla xəbər verir ki, Silverstoundakı mərhələnin taleyi hələ 2017-ci ildə təhlükə altında idi. O zaman avtodrom rəhbərliyinin nəşr etdiyi hesabata görə, trass son illər ərzində yalnız itki ilə qarşılaşırdı.

Mənbənin məlumatına görə, Formula 1-in və avtodromun rəhbərləri qabaqcadan razılaşma əldə ediblər. Avtodrom ilə yeni saziş artıq 2019-cu ilin mayında imzalanacaq.

Bundan başqa, ehtimal olunur ki, 2020-ci ildə Silverstounda Formula 1-in 70 illiyinə həsr edilmiş əlavə təntənələr keçirilə bilər.

Xatırladaq ki, seriya tarixində ilk yürüşlər 1950-ci ildə məhz Silverstounda keçirilib.

Xəbər lenti

Çox oxunanlar