Xəzər Xəbər

Kloppun keçmiş köməkçisi Bundesliqa yolunda

İdman | 12:38 • 5 Aprel 2019
Kloppun keçmiş köməkçisi Bundesliqa yolunda

Almaniyanın "Şalke" klubu baş məşqçi axtarışlarını davam etdirir.

Domeniko Todeskonu istefaya yollayan Bundesliqa klubu 17 il Yurgen Kloppun köməkçisi olmuş Zelyko Buvaçla danışıqlar aparır. "Sky Sports"un məlumatına görə, bosniya və herseqovinalı mütəxəssis "Şalke"ylə anlaşmaq üzrədir.

Qeyd edək ki, 57 yaşlı mütəxəssis "Maynts", "Borussiya" (Dortmund) və "Liverpul" klublarında Kloppun köməkçisi olub.

Xəbər lenti