Xəzər Xəbər

Premyer Liqanın tarixinə düşdü 100 qırmızı vərəqə ilə

İdman | 12:40 • 5 Aprel 2019
Premyer Liqanın tarixinə düşdü

"Vulverhempton" - "Mançester Yunayted" oyununun baş hakimi Mayk Din İngiltərə Premyer Liqasının tarixinə düşüb.

50 yaşlı referi 33-cü turda keçirilən görüşün ikinci hissəsində qonaqların futbolçusu Eşli Yanqı meydandan qovub.

Bu, Dinin karyerası ərzində Premyer Liqada göstərdiyi 100-cü qırmızı vərəqə olub. Bununla da Din İngiltərə çempionatı tarixində 100 qırmızı vərəqə həddinə çatan ilk referi olub.

Xəbər lenti

Çox oxunanlar