Xəzər Xəbər

“Yuventus” klubu Mario Mandzukiç ilə müqavilənin müddətini uzadıb

İdman | 17:25 • 4 Aprel 2019
“Yuventus” klubu Mario Mandzukiç ilə müqavilənin müddətini uzadıb

İtaliyanın "Yuventus” futbol klubu xorvatiyalı hücumçusu Mario Mandzukiç ilə müqavilənin müddətini uzadıb.

Xezerxeber.az xəbər verir ki, yeni müqaviləyə əsasən, 32 yaşlı hücumçu 2021-ci ilin yayınadək "Yuventus”un formasını geyinəcək.

2015-ci ildə "Atletiko Madrid” komandasından transfer olunan futbolçu cari mövsümdə 29 oyunda 9 qol vurub.

Xəbər lenti