Xəzər Xəbər

“Volverhemton” Raul Ximenezi rekord məbləğə transfer etdi

İdman | 15:56 • 4 Aprel 2019
“Volverhemton” Raul Ximenezi rekord məbləğə transfer etdi

İngiltərənin "Volverhemton” futbol klubu Raul Ximenezi rekord qiymətə transfer edib.

XəzərXəbər klubun saytına istinadla xəbər verir ki, hazırda "Volverhemton”da icarə əsasında forma geyinən 27 yaşlı meksikalı hücumçu kluba 38 milyon avroya birdəfəlik transfer olunub. Meksikalı hücumçu ilə üçillik müqavilə imzalayıb. Bu məbləğ "Volverhemton” üçün rekord qiymətdir.

Qeyd edək ki, Raul Ximenez cari mövsümdə İngiltərə klubunun heyətində keçirdiyi 35 oyunda 15 qol vurub və 7 məhsuldar ötürmə edib.

Xəbər lenti