Xəzər Xəbər

Ronaldodan "Yuventus" azarkeşlərinə ŞAD XƏBƏR

İdman | 15:26 • 4 Aprel 2019
Ronaldodan "Yuventus" azarkeşlərinə

Kriştiano Ronaldo zədəsini sağaldıb.


"Marca" xəbər verir ki, "Yuventus"un portuqaliyalı ulduzu oynamağa hazırdı. Ronaldo Çempionlar Liqasının 1/4 finalında "Ayaks"la ilk oyununda meydana çıxa biləcək. Onun bərpa müddəti gözləniləndən də tez bitib.


"Marca"nın məlumatına görə, Ronaldo A Seriyasının XXXI turunda "Milan"la baş tutacaq görüşdə də oynamağa hazırdı. Amma məşqçilər korpusu risk etmək niyyətinə deyil.


Qeyd edək ki, Ronaldo "AVRO-2020"nin seçmə mərhələsində Serbiya ilə matçda zədələnib.


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar