Xəzər Xəbər

Sulşer 6 futbolçunun göndərilməsini istəyir

İdman | 15:08 • 4 Aprel 2019
Sulşer 6 futbolçunun göndərilməsini istəyir

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer yayda komandadan göndərəcəyi futbolçuları müəyyənləşdirib.

XəzərXəbər "Daily Mail"ə istinadən xəbər verir ki, norveçli mütəxəssis 6 oyunçu ilə yolları ayırmaq niyyətindədi. O, çempionluq uğrunda mübarizə aparmaq üçün daha yaxşı heyətə ehtiyac görür.

Sulşer Antonio Valensiya, Markos Roxo, Matteo Darmian, Erik Beyli, Ander Errera və Xuan Matanın göndərilməsini istəyir.

Xəbər lenti

Çox oxunanlar