Xəzər Xəbər

Şəhriyar Məmmədyarov: Məyus olsam da, növbəti oyunlar barədə düşünməliyəm

İdman | 15:38 • 3 Aprel 2019
Şəhriyar Məmmədyarov: Məyus olsam da, növbəti oyunlar barədə düşünməliyəm

Bu qarşılaşmada yaxşı oynadım və üstünlük qazanmışdım. Düşünürəm ki, 3-4 gedişdə səhvə yol verməyim rəqibin şansını artırdı”.


Bunu aprelin 3-də "Shamkir Chess 2019” superturnirinin üçüncü turunda Hindistan təmsilçisi Vişvanatan Ananda uduzan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov partiyadan sonra mətbuat konfransında deyib.


Görüşdə qalib gəlmək şanslarının yüksək olduğunu vurğulayan şahmatçımız bildirib: "Məyus olsam da, özümü ələ alıb, növbəti oyunlar barədə düşünməliyəm.


Keçmiş dünya çempionu Vişvanatan Anand isə partiyanın o qədər də maraqlı alınmadığını bildirib. Oyunun əvvəlində çoxlu səhv gedişlər etdiyini bildirən şahmatçı deyib. "Düşünürəm ki, məntiqlə oynadım. Rəqib oyuna yaxşı başlasa da, eyni templə davam edə bilmədi. Belə güclü yarışda hər bir tur bizim üçün çox önəmlidir. Buna görə də qələbə qazanmağım məni çox sevindirir. Mübarizə hələ irəlidədir”.


Üç turdan sonra V.Anandın 1,5, Ş.Məmmədyarovun isə 1 xalı var. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar