Xəzər Xəbər

Klub prezidenti mətbuat konfransına gəldi, baş məşqçiylə müqavilənin uzadılmayacağını açıqladı

İdman | 11:26 • 3 Aprel 2019
Klub prezidenti mətbuat konfransına gəldi,

"Lion" Fransa kubokunun yarımfinalında "Renn"ə 2:3 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb.

Oyundan sonra mətbuat konfransına "Lion"un prezidenti Jan-Mişel Olada qatılıb. 70 yaşlı patron baş məşqçi Bruno Jenesioya təklif etdikləri iki illik müqavilə planından imtina etdiklərini deyib: "Bruno ilə kubokun finalına yüksələcəyi halda, müqaviləni iki il uzadacağımızı demişdik. O, buna nail olmadı və indi bu qərarımıza da hörmət edəcək. Təəssüf ki, kubokda finala yüksəlmədik. Qərarımızı mövsümün sonunda rəsmi açıqlayacağıq. Brunoya bizimlə işlədiyi üçün təşəkkür edirik. Yaxşı nəticələr və performans göstərdi. Ancaq istəyirsə, başqa klublarla danışıqlar apara bilər. Bizim üçün bu, plana daxil deyil. Mən bunu mövsümün sonunda da açıqlaya bilərdim, lakin Bruno indi elan edilməsini istədi. Demirəm ki, Bruno ilə yola davam etməyəcəyik. Hər şey bundan sonra qeydə alınan nəticələrə bağlıdır".

Mətbuat konfransında prezidentlə birgə olan 52 yaşlı mütəxəssis oyundan sonra bunları deyib: "Özünüz də bilirsiniz ki, mən bir siyasətçiyəm. Finala çıxmadığımız üçün üzgünəm. Bu komandanı liqada 2-ci edib, Çempionlar Liqasına yollayacam. Daha sonra da klub qərar verər".

Xəbər lenti

Çox oxunanlar