Xəzər Xəbər

Britaniyalı pilotdan rekord: Şumaxeri keçdi

İdman | 10:06 • 3 Aprel 2019
Britaniyalı pilotdan rekord:

Böyük Britaniyalı pilot Lyuis Hemilton ümumi gəlirinə görə Formula 1 tarixində ən yüksək nəticə əldə edib.

XəzərXəbər Azərtac-a istinadən xəbər verir ki, ötən mövsümdə Hemilton öz komandası ilə kontraktın müddətini uzadıb.

Bağlanmış sazişə görə, britaniyalı hər mövsüm üçün 50 milyon dollar alacaq. 34 yaşlı Hemiltonun Formula 1 karyerasında ümumi gəliri əməkhaqqı və bonuslar da daxil olmaqla 489 milyon dollara çatıb.

Bu göstərici üzrə liderlik 1999-cu ildən etibarən Formula 1 yürüşlərinin yeddiqat çempionu alman Mixael Şumaxerə məxsus idi. O, karyerası boyu 464 milyon dollar qazanıb. Reytinq cədvəlində üçüncü yeri ötən il Formula 1 yarışlarında karyerasını başa vuran ispaniyalı Fernando Alonso (458 milyon dollar) tutur.

2007-ci ildə Kral yürüşlərində trasa çıxan Hemilton Formula 1-in beşqat çempionudur.

Xəbər lenti