Xəzər Xəbər

“Real Madrid” braziliyalı hücumçu alıb

İdman | 15:37 • 2 Aprel 2019
“Real Madrid” braziliyalı hücumçu alıb

İspaniyanın "Real Madrid” futbol klubu braziliyalı hücumçu Pedro Guilhermonu transfer edib.

Xezerxeber.az xəbər verir ki, 21 yaşlı hücumçu Braziliyanın "Fluminense” komandasından transfer olunub. Transferə görə Madrid təmsilçisi Braziliya klubuna 30 milyon avro ödəyəcək. Hücumçu "Real Madrid”in heyətinə yayda qoşulacaq.

Qeyd edək ki, Pedro Guilhermo cari mövsümdə "Fluminense”nin heyətində keçirdiyi 37 oyunda 19 qol vurub.

Xəbər lenti