Xəzər Xəbər

"Səbail" Esyendən sonra bu dəfə də Emenikeni transfer edir

İdman | 15:41 • 2 Aprel 2019
"Səbail" Esyendən sonra bu dəfə də Emenikeni transfer edir
"Səbail" klubu ikinci ulduz futbolçusunu transfer etməyə hazırlaşır.

XəzərXəbər azerifootball.com-a istinadla xəbər verir ki, Maykl Esyendən sonra paytaxt klubu Nigeriyanın hücumçu Emmanuel Emenikeni heyətinə qatmağa çalışır.


Nigeriya milli komandasında, "Spartak"da və "Fənərbağça" klublarında çıxış etmiş 31 yaşlı Emenike ilə Azərbaycan klubu arasında razılıq əldə olunub. Emenikenin "Səbail"ə keçidində Esyenin təsiri böyük olub.

Xəbər lenti