Xəzər Xəbər

"Atletiko"nun prezidentindən Qrizmann açıqlaması

İdman | 11:33 • 2 Aprel 2019
"Atletiko"nun prezidentindən Qrizmann açıqlaması

İspaniyanın "Atletiko" klubunun prezidenti Enrike Sereso komandanın hücumçusu Antuan Qrizmannın gələcəyi barədə açıqlama verib.

Klub rəhbəri Fransa millisinin üzvünün Madrid təmsilçisindən ayrılmayacağını deyib: "Qrizmann komandada qalacaq, bu, dəqiqdir. Bunu təsdiq edirəm".

Qeyd edək ki, 28 yaşlı hücumçunun "hindular"la mqaviləsi 2023-cü ilə qədərdir. Qrizmann cari mövsüm 40 oyuna 18 qol vurub, 9 assist edib.

Xəbər lenti