Xəzər Xəbər

"Barselona" iki ulduzunu itirir

İdman | 11:48 • 1 Aprel 2019
"Barselona" iki ulduzunu itirir

İtaliyanın "İnter" klubu İspaniya "Barselona"sının futbolçuları ilə maraqlanır.

Milan klubu İvan Rakitiç və Arturo Vidalı transfer etmək niyyətindədir.

Məlumata görə, "İnter"in idman direktoru Pyero Ausilio "Barselona"lı həmkarı Erik Abidalla Fransada görüşərək danışıqlar aparıb. Bu iki transfer "İnter”ə, ümumilikdə, 85 milyon avroya başa gələcək.

Qeyd edək ki, Rakitiç 2014, Vidal isə 2018-ci ildən etibarən "Barselona" forması geyinir.

Xəbər lenti

Çox oxunanlar