Xəzər Xəbər

“Shamkir Chess 2019”a rəsmən start verildi

İdman | 16:57 • 31 Mart 2019
“Shamkir Chess 2019”a rəsmən start verildi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, "Synergy Group”un tərəfdaşlığı ilə keçirilən XXII kateqoriyalı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2019”un ilk turuna rəsmən start verilib.

Əvvəlcə Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov 31 Mart – Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar şahmatçıları və zala toplaşmış tamaşaçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Sonra Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov ilk gedişi etmək üçün dəvət edilib. O, norveçli dünya çempionu Maqnus Karlsenlə Teymur Rəcəbovun gedişatında ağ fiqurlarla oynayan azərbaycanlı şahmatçının adından ilk gedişi atıb. Bu gediş E4 olub.

Bundan sonra yarışa rəsmi olaraq start verilib.

Xəbər lenti

Çox oxunanlar