Xəzər Xəbər

Koutinyo ingilis nəhənglərinin hədəfində

İdman | 16:44 • 31 Mart 2019
Koutinyo ingilis nəhənglərinin hədəfində

Əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün "Barselona"dan ayrılmaq istəyən Filippe Koutinyo ingilis klublarının diqqət mərkəzindədir.

"Mançester Yunayted" və "Çelsi" braziliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. London klubuna transfer qadağıası qoyulduğundan "qırmızı şeytanlar"ın 26 yaşlı futbolçunu almaq şansları daha yüksək qiymətləndirilir.

Qeyd edək ki, bu mövsüm "Barselona"nın heyətində 41 oyun keçirən Koutinyo 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Çox oxunanlar