Xəzər Xəbər

"Arsenal" "Barselona" ilə danışıqlara başladı

İdman | 16:35 • 31 Mart 2019
"Arsenal" "Barselona" ilə danışıqlara başladı

"Arsenal" mövsümün sonunda "Barselona"nın müdafiəçisi Samuel Umtitini heyətə qatacaq.

XəzərXəbər-in Qol.az-a istinadən yaydığı xəbərə görə, "topçular" artıq Kataloniya klubu ilə dnaışıqlara başlayıb. 

London təmsilçisinin texniki direktoru Raul Sanlei fransalı futbolçunun keçidi ilə bağlı "Barsa" nümayəndələri ilə görüşüb. Danışıqlar prosesinin gedişatı ilə bağlı isə hələlik məlumat verilmir.

Qeyd edək ki, Umtiti 2016-cı ilin yayında "Lion"dan "Barselona"ya keçib.

Xəbər lenti

Çox oxunanlar