Xəzər Xəbər

Zidan Mbappenin transferi haqda nə dedi? SON DURUM

İdman | 13:07 • 31 Mart 2019
Zidan Mbappenin transferi haqda nə dedi?

Madrid "Real”ının çalışdırıcısı Zinəddin Zidan PSJ-nin gənc forvardı Kilian Mbappenin çalışdırdığı paytaxt təmsilçisinə mümkün transferi haqda yayılan xəbərlərə münasibət bildirib.

"Marka” xəbər verir ki, Zizu belə deyib: "Belə məsələlər klublar arasında həll olunur. Mən "Real”a keçəndə 70 milyon avro ödəmişdilər. O vaxt bu, ağlagəlməz məbləğ sayılırdı. Görün, indi nələr baş verir. Mbappe indi mənim komandamda deyil. Münasibət bildirməyim düz çıxmaz. Hər iki kluba və öz futbolçularıma hörmət əlaməti olaraq bu futbolçudan danışmamağı uyğun sayıram”.

Qeyd edək ki, daha öncə Paris klubunun 20 yaşlı hücumçusunun bu yay "Real”ın əsas transfer hədəfi olduğu, madridlilərin PSJ-yə Mbappenin keçidi üçün 280 milyon avro təklif edərək transfer rekordunu qıracağıyla bağlı xəbərlər yayılmışdı.

Fanat.Az

Xəbər lenti

Çox oxunanlar