Xəzər Xəbər

Zidanın şok transfer siyahısı: görün kimlər var

İdman | 12:24 • 31 Mart 2019
Zidanın şok transfer siyahısı:

"Real"ın baş məşqçisi Zinəddin Zidanın transfer siyahısı yayımlanıb.


XəzərXəbər Fanat.az-a istinadən xəbər verir ki, "Marca" qəzeti fransız mütəxəssisin rəhbərliyə təqdim etdiyi 5 nəfərlik siyahını əldə edib.


İddiaya görə, Zidan yayda rəhbərlikdən Neymar (PSJ), Kilian Mbappe (PSJ), Paul Poqba (Mançester Yunayted), Eden Hazard (Çelsi), Kristian Eriksenin (Tottenhem) alınmasını istəyib.


Amma "Real"ın transfer siyahısında daha 4 futbolçunun adı var. Belə ki, qarşıdakı iki ildə transferlərə 1 milyard avro büdcə ayırmağı planlaşdıran Florentino Peres Nqolo Kante (Çelsi), Cengiz Ünder (Roma), Xalidu Kulibali (Napoli) və Miralem Pyaniçi (Yuventus) də Madridə gətirmək niyyətindədi.


Qeyd edək ki, Zidanın "Real"a qayıtdıqdan sonra ilk transferi "Portu"dan Eder Militao olub. 50 milyon avroya alınan müdafiəçi komandaya yayda qoşulacaq.

Xəbər lenti

Çox oxunanlar