Xəzər Xəbər

Azərbaycan idmançısının olimpiya medalı əlindən alındı

İdman | 17:34 • 29 Mart 2019
Azərbaycan idmançısının olimpiya medalı əlindən alındı
Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilib.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı məlumat yayıb.


Komitənin İntizam Komissiyası idmançının Olimpiya oyunları zamanı dopinqdən istifadə etdiyini təsdiqləyib. Bu səbəbdən onun nəticələri ləğv edilib.

Qeyd edək ki, Valentin Xristovdan alınan olimpiya medalı həmin yarışda 4-cü yeri tutmuş vyetnamlı Tran Le Kuok Toana verilib.

Xəbər lenti