Xəzər Xəbər

Xəyanətdən sonra ölüm təhlükəsi: mafiya işə qarışdı

İdman | 16:36 • 29 Mart 2019
Xəyanətdən sonra ölüm təhlükəsi:

Çinin "Quanqzu R&F" klubunda çıxış edən Duşko Toşçin ailə qalmaqalı davam edir.


Bir müddət əvvəl futbolçunun müğənni həyat yoldaşı Jelena Karleusanın ona "Anderlext"in futbolçusu Oqnyen Vranyeslə xəyanət etdyi iddia olunmuşdu. Hətta onların internet görüntüləri də yayılmışdı.


Bundan sonra Oqnyen Vranyes məhkəməyə müraciət edərək Jelena Karleusa tərəfindən ölümlə təhdid olunduğunu bildirmiş və 2 milyon avro təzminat tələb etşmişdi.


Fanat.Az xəbər verir ki, serb müğənni bu günnlərdə Oqnyen Vranyesi yenidən təhdid etməyə başlayıb. İddialara görə, Jelena ərinə xəyanət etdiyi futbolçuya "Sənin karyeranı və həyatını bitirəcəm" mesajı göndərib. Həmçinin Jelenan onunla bağlı serb mafiyasına şikayət etdiyi də iddia olunur. Bildirilir ki, mafiya Oqnyen Vranyesi təhdid edir.


Təhlküəsizliyinə görə narahat olduğunu deyən 29 yaşlı futbolçu Jelenanın bu olay səbəbindən seerblərlə bosniyalılar arasında düşmənçilik salmağa çalışdığını bildirib./fanat.az

Xəbər lenti

Çox oxunanlar