Xəzər Xəbər

“Real”ın 500 milyonluq planı

İdman | 12:37 • 29 Mart 2019
“Real”ın 500 milyonluq planı

Uğursuz mövsüm keçirən İspaniyanın "Real” klubu yayda heyətdə dəyişikliklə edəcək.


"Qafqazinfo” "L'Equipe” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi böyük transferlərə hazırlaşır. "Kral klubu” Kilian Mbappe (PSJ), Pol Poqba ("Mançester Yunayted”) və Eden Hazard ("Çelsi”) transferləri üçün 500 milyon avro büdcə ayırıb. Məlumata görə, "Real" bu üç transferi bitirməkdə israrlıdır. Futbolçuların Zinəddin Zidan fanatı olmaları işi bir qədər rahatlaşdırır.

İspaniyanın "Marca” nəşri PSJ-nin heç bir məbləğ qarşılığında Kilian Mbappeni satmayacağını yazıb.

Xəbər lenti

Çox oxunanlar