Xəzər Xəbər

Qonsalo İquain Argentina yığmasındakı karyerasını başa vurub

İdman | 09:51 • 29 Mart 2019
Qonsalo İquain Argentina yığmasındakı karyerasını başa vurub

Argentina milli komandasının üzvü və hazırda icarə əsasında "Çelsi" klubunda çıxış edən Qonsalo İquain yığma karyerasını başa vurduğunu açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, futbolçu artıq Argentina yığmasının baş məşqçisi Lionel Skaloni ilə bu barədə danışdığını və yığmanı tərk etdiyini bildirib.

Qeyd edək ki, 31 yaşlı futbolçu Argentina milli komandasının heyətində meydana çıxdığı 75 oyuna 31 qola imza atıb və 13 məhsuldar ötürmə edib.

Xəbər lenti

Çox oxunanlar