Xəzər Xəbər

Rafael Ağayev Avropa çempionatının finalına yüksəlib

İdman | 09:13 • 29 Mart 2019
Rafael Ağayev Avropa çempionatının finalına yüksəlib

Azərbaycan karateçisi Rafael Ağayev İspaniyanın Qvadalaxara şəhərində start götürən Avropa çempionatının finalına yüksəlib.

Xezerxeber.az xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rafael Ağayevfinala gedən yolda Yusid Sulyiçi (Bosniya və Herseqovina), Bekim Başanı (Albaniya), Elhami Şabanini (Kosovo) və Stanislav Horunanı (Ukrayna) mübarizədən kənarlaşdırıb. O, həlledici görüşdə italiyalı Luici Busa ilə üz-üzə gələcək.

Qeyd edək ki, final qarşılaşması martın 30-da keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar