Xəzər Xəbər

"Bavariya" transfer rekordunu qırdı

İdman | 18:14 • 28 Mart 2019
"Bavariya" transfer rekordunu qırdı

"Atletiko"dan Lukas Hernandesi heyətinə qatan "Bavariya" tarixinin ən bahalı transferini edib.


Münhen klubu 23 yaşlı mərkəz müdafiəçisi üçün 80 milyon avro ödəyəcək.


Bu isə "Bavariya" və Bundesliqa tarixində reallaşan ən bahalı transferdi.


Qeyd edək ki, bundan əvvəlki rekord Julian Drakslerə məxsus idi. O, 2017-ci ildə "Şalke"dən "Volfsburq"a 43 milyon avroya transfer olunmuşdu. İkinci pillədə isə "Bavariya"dan Korentin Tolisso qərarlaşmışdı. Belə ki, Münhen klubu 2017-ci ildə onu "Lion"dan 1,5 milyon avroya alıb.


Fanat.Az

Xəbər lenti