Xəzər Xəbər

Avropada transfer bombası partladı RƏSMİ

İdman | 17:38 • 28 Mart 2019
Avropada transfer bombası partladı

"Bavariya" "Atletiko"dan Lukas Hernandesi transfer edib.


XəzərXəbər xəbər verir ki, bu barədə klub rəsmi açıqlma yayıb. Açıqlamada bildirilib ki, iki klub Fransa millisinin üzvünün transferini razılaşdırıb.


23 yaşlı futbolçunun "Bavariya"ya keçidi iyulun 1-də rəsmiləşəcək. O, 2023/24 mövsümünün sonunadək Bundesliqa klubunda çıxıq edəcək. "Bavariya" "Atletiko"ya 80 milyon avro ödəyəcək.


Açıqlamada həmçinin qeyd edilir ki, fransız futbolçu tibbi müayinədən keçərkən sağ ayağında zədə aşkarlanıb. "Bavariya"nın həkimi bildirib ki, "Atletiko" ilə razılığa gələrək onu bu gün əməliyyat etdirəcəklər. Hernandes yeni mövsümün hazırlıqları başlayana qədər tam hazır olacaq.


Qeyd edək ki, "Atletiko"nun yetirməsi olan mərkəz müdafiəçisi indiyədək əsas komandada 110 oyun keçirib. Futbolçu "DÇ-2018"in qalibidi.

Xəbər lenti