Xəzər Xəbər

Umtiti `Mançester Yunayted`ə keçə bilər

İdman | 17:27 • 28 Mart 2019
Umtiti `Mançester Yunayted`ə keçə bilər

"Barselona”nın fransız müdafiəçisi Samuel Umtiti yayda komandanı tərk edə bilər. 

Bu barədə"Daily Mail" yazıb.

Nəşrin yazdığına əsasən, Umtitini "Mançester Yunayted” heyətinə cəlb etmək istəyir.

Kataloniya klubunda son vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkən 25 yaşlı futbolçunun da klubunu dəyişməyə müsbət baxdığı bildirilir. Daha əvvəl isə İspaniya mətbuatı "Ayaks"dan Matteys de Liqtlə razılığa gələn "Barselona”nın Umtitini satmağa hazır olduğunu yazmışdı.

Xəbər lenti

Çox oxunanlar