Xəzər Xəbər

Joze Mourinyoya iki klubdan təklif

İdman | 14:34 • 28 Mart 2019
Joze Mourinyoya iki klubdan təklif

"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo Fransa 1-də çalışa bilər.


"L'Equipe" nəşri portuqaliyalı mütəxəssisin "Monako" və ya "Lion"un baş məşqçisi ola biləcəyini yazıb.


Onun knyazlıq təmsilçisində işləmək variantının daha yüksək olduğu bildirilib. Hazırda "Monako"da yeni baş məşqçi vəzifəsinə əsas namizədin Mourinyo olduğu iddia olunub. "Lion"da da namizədlər sırasında 56 yaşlı çalışdırıcının yer aldığı vurğulanıb.


Qeyd edək ki, Mourinyo 2019-cu ilin iyunundan tez olmayaraq işinə qayıtmaq istədiyini açıqlayıb.


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar