İtaliya kubokunun dörddəbir final mərhələsinin sonuncu görüşü keçirilib.
Xezerxeber.az xəbər verir ki, "San Siro” stadionunda baş tutan görüşdə "İnter” komandası "Latsio” ilə qarşılaşıb. Gərgin keçən görüşdə hesab açılmayıb.
Oyunun əlavə olunmuş dəqiqələrində hər iki komanda bir dəfə fərqlənib - 1:1. Qalibi müəyyən eləmək üçün 11 metrlik cərimə zərbələri təyin olunub. Penalti seriyasında "Latsio" komandası üstün olub (4:3). Beləliklə, "Latsio" İtaliya kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanıb. Paytaxt təmsilçisi yarımfinal mərhələsində "Milan" klubu ilə qarşılaşacaq. Digər yarımfinal görüşündə "Atalanta" - "Fiorentino" ilə üz-üzə gələcək.