Xəzər Xəbər

İspaniya kuboku: “Real Madrid” “Jirona”nı məğlub edib

İdman | 08:50 • 1 Fevral 2019
İspaniya kuboku: “Real Madrid” “Jirona”nı məğlub edib

İspaniya kubokunun dörddəbir final mərhələsinin sonuncu görüşü keçirilib.


Xezerxeber.az xəbər verir ki, görüşdə "Jirona" "Real Madrid" klubunu qəbul edib. Bu komandaların arasında ilk görüş 4:2 hesabı ilə "kral" klubunun xeyrinə başa çatmışdı.


Cavab qarşılaşmasında da, inamlı oyun keçirən "Real Madrid" 3:1 hesabı ilə qələbə qazanıb. Bu qələbədən sonra Madrid təmsilçisi yarımfinal mərhələsinə vəsiqə qazanıb. Madridlilərin rəqibi püşkatmadan sonra məlum olacaq.

Xəbər lenti